İstifadəçi Razılaşması
Qaydalar və Şərtlər
Bu razılaşma, 5959 Ayıq Sürücü xidmətindən (Sober Driver tərəfindən idarə olunur) istifadə qaydalarını və şərtlərini müəyyən edir. Xidmətlərimizdən istifadə etməklə siz aşağıdakı şərtlərlə tam razılaşdığınızı təsdiq edirsiniz.
1. Xidmətin Mahiyyəti
5959 ayıq sürücü xidməti, müştərinin istəyi ilə ona peşəkar sürücü təmin edərək, müştərinin şəxsi nəqliyyat vasitəsini onun təyin etdiyi ünvana təhlükəsiz şəkildə çatdırmaqdan ibarətdir.
2. Müştərinin Öhdəlikləri
Sifariş verərkən müştəri aşağıdakı şərtlərə əməl etməlidir:
- Avtomobilin istismar sənədlərinin (qeydiyyat şəhadətnaməsi, icbari sığorta) qaydasında olduğunu təmin etmək;
- Avtomobildə hər hansı nasazlıq varsa, bu barədə sürücüyə əvvəlcədən məlumat vermək;
- Səfər zamanı sürücünün diqqətini dağıdacaq hərəkətlərdən yayınmaq.
3. Sığorta və Məsuliyyət
Gediş zamanı sürücülərimizin təqsiri ucbatından avtomobilə dəyə biləcək hər hansı bir maddi ziyan Felix 5959 tərəfindən tam şəkildə sığortalanır və qarşılanır. Müştərinin təqsiri (məsələn, texniki nasazlıq) ucbatından baş verən hadisələrə görə şirkət məsuliyyət daşımır.
4. Ödəniş və Tariflər
Gediş haqqı müəyyən olunmuş tariflərə və məsafəyə görə hesablanır. Müştəri səfər tamamlandıqdan sonra gediş haqqını nağd və ya mobil tətbiq vasitəsilə nağdsız şəkildə ödəməlidir.